Röya əkiz qardaşlarının 33 yaşını belə təbrik etdi
Xalq artisti Röya Ayxanın əkiz qardaşları İsmayıl və Ayxanın 33 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, sənətçi öz instaqram hesabında onların fotosunu paylaşaraq ad günləri münasibətilə təbrik edib:
O ingilis dilində "Ad gününüz mübarək!" sözlərini qeyd edib.
Qeyd edək ki, Xalq artistinin qardaşları Türkiyədə yaşayırlar. İsmayıl Nəcəfov müğənnidir və Türkiyə şou-biznesində fəaliyyət göstərir. O 2022-ci ildə Cansu adlı türk xanımla ailə qurub. Ayxan Nəcəfov isə subaydır.
Məlumat üçün bildirək ki, illər əvvəl Röya Ayxanın atası Yaqub Nəcəfov anası Telli Nəcəfova ilə həyat yollarını ayırıb. Eks-cütlüyün Röyadan başqa Ayxan və İsmayıl adlı əkiz oğlu, Rüsalə adlı qızları var.
Qalereya
Oxşar xəbərlər
Ev dustaqlığına buraxılan Rəqsanə: "Balalarımın yanındayam, çox sevincliyəm"
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova açıqlama verib. BAKU.WS Manset.az-a istinadən xəbər verir ki, müğənni azadlıq...