Bu rayonda 432 şagirdlik yeni məktəb tikiləcək - 4,6 milyon manatlıq LAYİHƏ
Ağstafa rayonunun Poylu kəndində 432 şagird yerlik tam orta məktəbin tikintisi nəzərdə tutulur. Layihə kənddə təhsil infrastrukturunun yenilənməsi və şagirdlər üçün daha əlverişli tədris şəraitinin yaradılması baxımından əhəmiyyət daşıyır.
BAKU.WS-in məlumatına görə, tikinti işlərini Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi həyata keçirəcək.
S.Məmmədov adına Poylu kənd tam orta məktəbinin tikintisi üçün ehtimal olunan vəsait 4 milyon 592 min 896,30 manat müəyyən edilib.
Yeni məktəbin inşası Poylu kəndində təhsil alan uşaqların müasir və daha münasib şəraitdə oxumasına imkan yaratmaqla yanaşı, təhsil müəssisəsinin şagird tutumuna olan ehtiyacın qarşılanmasına da töhfə verəcək.
Oxşar xəbərlər
Sabah Bakıda bu yol bağlanır
Sabah Abşeron rayonunda - Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə BAKU.WS-...