Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb
Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında bildirilib.
Məlumata görə, Bakı şəhəri, 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səsyazısı ilə əlaqədar olaraq araşdırmalar aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.
Qeyd olunub ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
Oxşar xəbərlər
Bir zamanlar Azərbaycanda gəlirli olan sahələr – indi həmin peşələr unudulur
Bir vaxtlar Azərbaycanda bəzi peşələrə böyük tələbat vardı. Bu sahələrdə çalışan insanlar həm yaxşı gəlir əldə edir, həm də cəmiyyətdə hörmət qazanırdılar. Tex...