Qərbi Azərbaycan Xronikası: "Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır"

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva olub.
O, ümummilli xarakter alan Qərbi Azərbaycan mövzusuna, tarixi torpaqlarımız uğrunda mübarizəyə rəssamların yaradıcılığında da geniş yer verildiyini diqqətə çatdırıb.
Tarixə ekskurs edən deputat Ü.Həmzəyeva məşhur rəssam Bəhruz Kəngərlinin qaçqınlar silsiləsi əsərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və deportasiyaların izlərinin göründüyünü vurğulayıb. Eyni zamanda qeyd edib ki, əslən Naxçıvandan olan və Türkiyədə yaşayan İbrahim Safi ermənilərlə döyüşən rəssam olub.
Millət vəkili Ü.Həmzəyeva Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin keçirilməsi barədə Prezident İlham Əliyevin 14 fevral 2025-ci il tarixdə imzaladığı sərəncama da toxunub. Bildirib ki, bu sərəncam Azərbaycan rəssamlarının, o cümlədən naxçıvanlı fırça ustalarının sevincinə səbəb olub. Sərəncamda qeyd olunduğu kimi, Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır.
Ü.Həmzəyeva vurğulayıb ki, Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
AZAL IATA-nın "CO2 Connect" proqramına qoşulub
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin ("AZCON Holding") tərkibində fəaliyyət göstərən "Azərbaycan Hava Yolları" (AZAL) ilə Beynəlxalq Hava Nəqliyyat...
