Küçədə döyülərək öldürülən məktəblinin FOTOsu
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.
E. İbrahimov bir ay sonra keçiriləcək "Son zəng" tədbirinə hazırlaşırmış.
Bildirilib ki, məktəbli şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....