Aktrisa Nərgiz Əliyeva: "3 gün cinlərlə yaşamışam" (VİDEO)

Aktrisa Nərgiz Əliyeva: 3 gün cinlərlə yaşamışam (VİDEO)
Video
Şou-biznes 16555
BAKU.WS-in budəfəki müsahibi aktrisa Nərgiz Əliyevadır. - Özünüzü necə təqdim edərdiniz?- Nərgiz Əliyeva. - Necə oldu ki, "Maşın şou"ya qatıldınız?- "Maşın şou" uşaqlıq arzum idi. Həmişə deyirdim ki, mən də "Maşın şou"da iştirak edəcəyəm. Onda hələ məşhur deyildim. Elə oldu ki, təklif gəldi. Əslində ora getməyimi istəmirdilər. Deyirdilər ki, ora getsən başqa cür olacaqs, sənlik deyil. Çox adam oradakı ab-havaya görə mənim orada olmağımı istəmirdilər. Ən əsası da evdəkilərim. Elə oldu ki, təklifi qəbul etdim və heç də peşman deyiləm. Bəlkə də yeganə iştirakçılardan biriyəm ki, belə danışıram. Oradan çıxmışam, hər şey əladır. Əksinə, düşmən yox, dost qazanmışam. Qalmaqalları gözə alıb getmişdim. Sadəcə olaraq, mən özüm elə də davakar olmadığım üçün mənə deyirdilər ki, sən ora getmə. Çox şükür ki, bizim bütün iştirakçılarımız başqa cür çıxdı. Budəfəki "Maşın şou" tam başqadır. Orada qalmaqal çox da yoxdur, sakitçilikdir.- Oyunu kim idarə edirdi?- Heç kim oyunu idarə etmirdi. Deyirdilər ki, Nazilə xanımla Sərxan bəy oranı idarə edir. Xeyr, boş söhbətlərdi. Mən tribunaya çıxanda dedim ki, hədəfim Nazilə xanımdır. Mən orada heç kimdən çəkinmirdim, qorxmurdum və məni heç kəs orada idarə etmirdi. Sadəcə olaraq, səsvermə oldu. Problem tribunaya çıxmaq üçün idi. Demişdim ki, mənim şəklimi atın və mən də söz verirəm ki, səs toplasam, kimin adını söyləsəm onu da çıxaracağam, başqasını çıxartmaq söhbəti olmayacaq. Elə oldu ki, sağ olsun Nazilə xanım qazandı. O, məni çıxartdı, mən onu çıxarda bilmədim. - Şounun sonunda axıtdığınız göz yaşlarının səbəbi nə idi?- Günorta yanıma qızım gəlmişdi. Qızım qayıdıb dedi ki, mama, mən maşın istəmirəm, sən çıx gəl evə. Elə oldu ki, həmin gün də mən səsverməyə çıxacağımı demişdim. Qızıma dedim ki, narahat olma, bu axşam evdə olacağam. Oradan çıxmağımın səbəbi elə qızım oldu. Orada dedim ki, qızımın yanına gedirəm, ona görə kövrəldim. Mən orada uduzmamışam, əksinə, oradan qalib kimi çıxmışam. Mən orada heç kimin etmədiyini etmişəm. Hamı tribunaya çıxırdı, ad çəkmirdi, amma mən çəkdim. Ona görə də özümü qalib hiss edirəm, uduzmuş yox.
- Özünüz də bilmədən Pərvin Abıyeva ilə Aysel Nazimin qalmaqalının tən ortasına düşdünüz...- Pərvinə Ayselin arasında balaca söz-söhbət olmuşdu. Pərvin mənə ondan (Ayseldən-red.) "uzaq dur" yazmışdı. Aysel, əslində, pis qız, insan deyil. Pərvin mənim üçün başqa insandır. Hamı bilir ki, Pərvinlə dostluğum başqadır və Pərvinin ayağını heç kəsə vermərəm. Kim olur, nə olur olsun, heç vaxt onu edə bilmərəm. Orada deyildi ki, güya mən orada Ayselə görə göz yaşı tökdüm. Veriliş vaxtı tam başqa söhbət olmuşdu. Ona görə ağlamışdım. Sadəcə olaraq, onu açıqlamaq istəmirəm. - Kimin qalib gəlməyini istərdiniz?- Əslində, çox uşaqların qalib gəlməsini istəyirəm. Məndən olsa, deyərdim ki, hərəsinə bir maşın verin, təki sakitlik olsun. Uşaqların çoxu dostumdur, hamısı da layiqdir. İstəyərdim Xose ilk üçlüyə düşsün, amma ən çox ürəyimcə Səmra, Mənsur və Taleyin olardı. İnşallah onlar qalarlar. - Fəaliyyətinizə model kimi başlamısınız, yoxsa aktrisa kimi? - Əslində, ilk başlayanda, uşaq vaxtı KVN-də oynamışam. Uşaqlıqdan reklamlara çəkilmişəm. Sonra başladım modellik etməyə, bir müddət dayandırdım, sonra yenidən başladım. Elə oldu ki, serial təklifi gəldi. İlk dəfə seriala çəkildim, ANS-də yayımlanırdı. Sonra film oldu. Gördüm ki, qəşəng alınır. Artıq 3 ildir ki, aktrisa kimi fəaliyyət göstərirəm.
- 90-60-90 hələ də dəbdədir?- Əlbəttə, məncə, 90-60-90 həmişə dəbdə olmalıdır. Məncə, 90-190 olmayacaqsan ki...- Bizdə əxlaq anlayışı daha çox geyimlə ölçülür, Avropada isə daha başqa dəyərlərə söykənir. Nərgiz Əliyeva üçün əxlaq anlayışı nədir?- Elə şeylərə mən bir az başqa cür baxıram. Qadın da, kişi də əxlaqsız ola bilər. Mən qadının əxlaqsız olmasını hər hərəkətindən tuta bilərəm. Ola bilər ki, bir insanın geyimi açıq ola bilər. Bu, onun stilidir. Geyim yox, daha çox xasiyyət önəmlidir. - Model kimi fəaliyyət göstərirsiniz?- Xeyr. Sağ olsun 150-151 sm. boylu modellərimiz var, mənə daha ehtiyac yoxdur. Azərbaycanda hamı modeldir. Bizdə ən rahat, gözəl model olmaqdır. Gedirlər bir dənə nominasiya alırlar, olurlar model. Kimə baxırsan, kimi dindirirsən, "Miss"dir. Nə qədər "Miss" olar... Mən modelliyə başlayanda bizdə elə şeylər yox idi. İndi sağ olsunlar, modelliyi bizdə o qədər gözəlləşdiriblər ki... Heç kimi təhqir etmirəm. Bütün qızlarımız gözəldir, amma hər bir insan güzgüyə baxanda bilməlidir ki, özünü model kimi görür, yoxsa yox. Əgər bir insan özünü model kimi görmürsə, çıxıb podiumda yürüyür ki, mən model olmaq istəyirəm. Elə də qəşəng olurlar ki... Elələrin həm çəkiləri artıq olur... Bizdə artıq fərqi yoxdur, ən asan iş model olmaqdır.
- "Best Model of Azerbaijan 2018"in qalibləri haqda təəssüratlarınız...- Bəlkə, o haqda heç danışmayım? İnanın ki, o qədər "gözəl" təəssüratlarım var ki, danışmaq istəmirəm. Güya düzəltmək istəyirdilər... İkinci gəzəl qız idi, sadəcə olaraq, model kimi yox. O qızı "Best Model of Azerbaijan" kimi görmürəm. Məncə, "Best Model of Azerbaijan" təbii gözəl olmalıdır. Bunu da verərsən başlığa. - "Maşın"a risk edib getmişdinizsə, aktrisa kimi obrazınız üçün hansı riskə gedərsiniz? - Düzdür, mən filmdə, serialda obraza girirəmsə, o da oluram. Mator veriləndə o oluram. Heç bir riskə getməzdim, çünki mənim risk etdiyim şey ailəmdə problem ola bilər. Ona görə heç bir riskə getmərəm. - Rol aldığınız “Xənnas” Azərbaycanın ilk qorxu filmidir. Cin obrazını canlandırmaq çətin olmadı ki?- İlk filmim idi. Mənə deyirdilər ki, ən çətin "cin" olmaq olacaq, amma ən asan da "cin" olmuşdum. Elə bil ki, orada özümü canlandırırdım. Hər gün cinlərə aid filmlərə baxırdım. Demək olar ki, 3 gün cinlərlə yaşamışam.
- Cinçıxarmaya inanırsınız?- Gəlsinlər cinlərini çıxardım (gülür-red.) Vallah, mən cinçıxarmaya, fala inanmıram və çox təəssüf ki, o baradə cavab verə bilməyəcəyəm. - Novruz bayramında fala baxmısınız?- Bir dəfə qızlar ərə getməklə bağlı baxırdılar. Mənə düşmdüşdü ki, 38 yaşımda ərə gedəcəyəm, amma heç də elə olmadı, çox tez ərə getdim. Boş şeydir. Ondan sonra fallara tövbə etmişəm, inanmıram. - Azərbaycanda aktrisanın məşhurlaşması, yadda qalması üçün nə lazımdır?- Bizdə işdən çox şəxsi həyata keçirlər. Məsələndə, müsahibə alanda işdən qabaq soruşurlar ki, şəxsi həyatında nə var? Bizdə işi tam göstərmirlər deyə, çox insan şəxsi həyatı ilə yadda qalır. Məncə, işləri ilə gündəmdə olsalar, üzdə olsalar daha yaxşı olar. - “Təhminə və Zaur”da nələr baş verir? Bu dəfə vurub-yıxırsınız? - Əksinə, məni orada döyürlər. Orada bir az başqa cürdür, sakit qızı oynayıram. O rolu özümə heç yaraşdırmıram. Mən bir az çılğın insanam, amma orada sakit qızı oynadığım üçün özümə yaraşdırmıram. İnsanlar deyir ki, səni həyatda tanıdıqdan sonra deyirik ki, bu qız orada necə oynayır. Oradakı Gülnarla həyatdakı Nərgiz tam başqa insanlardı. Ona görə də mən yıxıb-sürümürəm, əksinə, məni döyürlər.
- İndiyədək özünüz haqqında eşitdiyiniz ən maraqlı, dəhşətli və yaxud gülməli şayiə hansı olub?- Çox olub. Müsahibə vermişdim, demədiyim sözü mənim adımdan yazmışdılar. İnsanlara necə demək olar ki, bu, belə deyil, bu, belə söz deməyib. Bizim insanları inandırmaq çox çətindir. Haqqımda yazılan o xəbəri eşidəndə bir ay depressiyada idim. - Özünüzü xoşbəxt qadın hesab edirsiniz? Ümumiyyətlə, qadın xoşbəxtliyi kişi xoşbəxtliyindən nə ilə fərqlənir?- Özümü çox xoşbəxt hiss edirəm. İnsan özünü xoşbəxt hiss etməlidir ki, xoşbəxt olsun. Kişi xoşbəxtliyini deyə bilməyəcəyəm, çünki kişi deyiləm. Bir qadın olaraq deyə bilərəm ki, əgər bir insanın, qadının həyatında sevgi varsa, o, xoşbəxtdir. - Cəmiyyətimizin əsas problemi? Hansı sosial layihəni həyata keçirmək istərdiniz? - Cəmiyyətimizin əsas problemi odur ki, insanlar üzdə nə görürlərsə, onu müzakirə edirlər. Məncə, bir az arxa səhnəyə baxsalar, görəcəklər ki, bizim şou-biznes elə deyil. Adicə ağlamağım haqda deyim. Uduzmuşam deyə ağlamamışam axı. Mən orada qızımın adını çəkdim və dedim ki, qızımın yanına gedirəm. Qızımın adını çəkdim deyə çox kövrəldim. Veriliş boyu əsə-əsə dayanmışdım ki, İnşallah səs toplamaram. Bəlkə də yeganə iştirakçılardan biriyəm ki, deyirdim ki, İnşallah səs toplamaram. Orada bütün iştirakçılar bilirdilər ki, çıxıb getmək istəyirdim. Həmin gün qızıma söz vermişdim ki, evə gələcəyəm.
BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov və Nərgiz Əliyeva

- Səs toplasaydınız, Nazilə Səfərlini çıxaracaqdınız?- Mən orada söz vermişdim ki, Nazilə xanımı çıxaracağam. Nazilə xanıma da dedim ki, sizdən çox xahiş edirəm, oyununuzu oynayın, səs istəyin, imkan verməyin ki, səs toplayım. Nazilə xanım gördü ki, səs toplayıram, çox qorxmuşdu. O, çox xoşuma gəlmişdi. Əslində, pisimə gəldi. Axı mən söz demişdim. Nazilə xanım, çıxıb adınızı çəkirəm, amma inanın ki, mənim burada sizinlə heç bir problemim yoxdur, düşmən deyiləm. Həqiqətən də xətrini çox istəyirdim, çox yaxşı insandır. Sadəcə olaraq, hədəfim o idi. Ona görə ki, bir insan çox mənəm-mənəm deyəndə xoşlamıram. Əslində, Nazilə xanım qıraqda başqa cürdür, amma kamera önündə başqa cür olur. Kamera önündə hamı elə bilirdi ki, Nazilə xanım oranı idarə edir, amma, əslində, elə bir şey yox idi. Mən də ona görə istəyirdim ki, Nazilə xanım oradan getsin. Orada hamı özü özünü idarə edir, sözünü də deyir. O gün Xose ilə danışanda dedim ki, qanımı yerdə qoymayın. Dedim ki, onu çıxarın, hamı bilsin ki, orada Naziləlik bir şey yoxdur. Çəkməsəniz başqa şey də deyərdim. Stop edəndən sonra deyəcəyəm. - Gələcəkdə özünüzü harada görürsünüz?- Hollivudda (gülür-red.) Düzdür, bu, reallaşmasa da ən azından yüksəyə baxıram ki, bəlkə, aşağılar olar. Əlbəttə, nə qədər aktrisalığı sevirəmsə, o qədər də bu işdə olacağam. Qarşımda da məqsədlərim daha böyükdür. - Yeni ilqabağı BAKU.WS-in izləyicilərinə arzularınız...- Yeni ilqabağı hamınızı təbrik edirəm, çox sağ olun ki, dəvət etdiniz. Bütün məni izləyənlərə bayramınız mübarək olsun deyirəm, İnşallah gələn il hamınıza düşərli olar. Hüseyn MəmmədsalahovBAKU.WS

Son xəbərlər