"Maşın"da gərgin mübarizə - "Mini yubkalılar" məğlub oldu - FOTO

Maşında gərgin mübarizə - Mini yubkalılar məğlub oldu - FOTO
Sosial 7797
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub. BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarışma 14 iştirakçının mübarizəsi ilə davam edir. İştirakçılar bu dəfə aktrisa Nərgiz Əliyevanı SMS səsverməsinə çıxarıblar. Nərgiz Əliyeva hədəfinin isə 17-ci sürətin "Anakonda"sı hesab olounan şairə Nazilə Səfərli ilə mübarizə apardığını bildirib. O açıq oynadığını bəyan edərək, şouda qalarsa Nazilə Səfərlini oyundan kənarlaşdıracağını bildirib. Artıq iştirakçılar iki qrupa bölünüb. Əksəriyyəti şounun Nazilə Səfərli ilə Sərxanın idarə etməsi fikrinə etiraz olaraq Nərgiz Əliyevanı dəstəklədiklərini bildiriblər. Nərgiz Əliyevanın şairə xanıma qarşı mübarizəsinin səbəbi isə efirə verilən sujetdən bəlli oldu. Demə Nazilə Səfərlinin "mini yubkalı" qızlar ifadəsi şodakı qızların bəzilərinin, o cümlədən də Nərgiz Əliyevaının xətrinə dəyib. Lakin 45,90 faiz səs toplayan Nərgiz Əliyeva özü məğlub oldu. Beləliklə maşın Nərgiz Əliyeva üçün əldən getdi.Xatırladaq ki, yarışmada Nazilə Səfərli (şairə), Ruhəngiz Allahverdiyeva (əməkdar artist), Ramin Nabran (müğənni), Xose Bernardo (aparıcı), Ranar Musayev (aparıcı), Xəyalə Quliyeva (aktrisa), Nərgiz Əliyeva (aktrisa), Sərxan Kərəmoğlu (müğənni), Allahverdi Yolçuyev (aktyor), Aydan Axundzadə (aparıcı), Samir Cavadzadə (müğənni), Dilarə Kazımava (müğənni), Səmra Rəhimli (müğənni), Taleh Yüzbəyov (vayner), Mənsur Şərif (vayner) mübarizə aparır.BAKU.WS

Son xəbərlər