"Maşın"nın 17-ci sürətində ilk - Gözlənilməz nəticə və MƏĞLUBİYYƏT - VİDEO

Maşınnın 17-ci sürətində ilk - Gözlənilməz nəticə və MƏĞLUBİYYƏT - VİDEO
Video
Sosial 5959
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin ikinci yarış günü baş tutub. BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarışmada iştirakçıların əksəriyyəti aktrisa Aysel Nazimi SMS səs verməsinə çıxarıblar. Aysel xanım hədəfini açıqlamasa da, qadınlara toxunmayacağını bildirib. Amma aparıcı Ranar özünün hədəf olduğunu ehtimal edib. O qeyd edib ki, Aysellə bu gün aralarında mübahisə olub. Ona görə də onu şoudan kənarlaşdıracağını zənn edib. Lakin digər iştirakçılar Ranarla onun Ayselin dostluğunu əsas gətirərək bunun əvvəlcədən qurulmuş bir oyun olduğunu və əsas hədəfi gizlətməyə xidmət edir.Şounun sonlarına yaxın həqiqtən də Ayselin hədəfi yayındırmağa çalışdığı bəlli oldu. O, əsas hədəfinin Ramin Nabran olduğunu bildirib.37,81 faiz səs səs toplayan Aysel şounu özü tərk etdi. Xatırladaq ki, yarışmada Nazilə Səfərli (şairə), Ramin Nabran (müğənni), Mina Hüseyn (müğənni), Xose Bernardo (aparıcı), Ranar Musayev (aparıcı), Xəyalə Quliyeva (aktrisa), Aysel Nazim (aktrisa), Nərgiz Əliyeva (aktrisa), Sərxan Kərəmoğlu (müğənni), Allahverdi Yolçuyev (aktyor), Aydan Axundzadə (aparıcı), Samir Cavadzadə (müğənni), Dilarə Kazımava (müğənni), Səmra Rəhimli (müğənni), Taleh Yüzbəyov (vayner), Mənsur Şərif (vayner) mübarizə aparır.BAKU.WS

Son xəbərlər