Sərxan Kərəmoğlundan gözlənilməz QƏRAR - Maşın onun üçün əldən getdi - VİDEO/FOTO
15
dek
2018
00:16
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin ilk yarışma günü başlayıb. BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarışmada maşın uğrunda 18 iştirakçı mübarizə aparır. İştirakçılar yarışmanın ilk günündə Sərxan Kərəmoğlunu SMS səsverməsinə çıxarıblar.Müğənni ilk yarış günü olduğundan mübarizə aparmağın çətin olacağını bildirib. O hədəfini açıqlamasa da, müğənninin şairə Nazilə Səfərlini yarışmadan uzaqlaşdıracağı ehtimal olunur. Bunu isə səsvermənin nəticələri həll edəcək.Amma iki saatlıq mübarizə ərəfəsində meyxanaçı Oqtay Kamil özünün hədəf olduğunu deyərək, dəfələrlə Sərxan Kərimoğlunu qalmaqala çəkməyə çalışsa da, buna nail ola bilmədi. S,Kərəmoğlu verilişin sonuna qədər hədəfini açılamadı və ünvansız mübarizə apardı.Nəticədə Sərxan Kərəmoğlu 56,33 faiz səslə şouda qaldı. Kərəmoğlunun hədəfi isə Oqtay Kamil oldu. Beləliklə maşın meyxanaçı üçün əldən getdi.Xatırladaq ki, yarışmada Nazilə Səfərli (şairə), Ruhəngiz Allahverdiyeva (əməkdar artist), Ramin Nabran (müğənni), Mina Hüseyn (müğənni), Xose Bernardo (aparıcı), Ranar Musayev (aparıcı), Xəyalə Quliyeva (aktrisa), Aysel Nazim (aktrisa), Nərgiz Əliyeva (aktrisa), Sərxan Kərəmoğlu (müğənni), Allahverdi Yolçuyev (aktyor), Aydan Axundzadə (aparıcı), Samir Cavadzadə (müğənni), Dilarə Kazımava (müğənni), Səmra Rəhimli (müğənni), Taleh Yüzbəyov (vayner), Mənsur Şərif (vayner) mübarizə aparır.BAKU.WS
Oxşar xəbərlər
“Maşın Şou”nun 17-ci sürəti start götürdü – İştirakçılar kimlərdir? - FOTO (YENİLƏNİB)
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürəti start götürüb.BAKU.WS-in məlumatına görə, ATV-də yayımlanan şounun 17-ci sürəti “Hind...