"Maşın" şounun 15-ci sürəti start götürdü - Hədəfdə Mehriban Xanlarova - (VİDEO/FOTO)

Maşın şounun 15-ci sürəti start götürdü - Hədəfdə Mehriban Xanlarova - (VİDEO/FOTO)
Video
Sosial 5364
ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun 15-ci sürəti start götürdü. BAKU.WS-in məlumatına görə, şounun təşkilatçısı "M Group Production”, aparıcısı isə məşhur şoumen Murad Dadaşovdur. Bu gündən etibarən 18 iştirakçı "Nissan Altima" uğrunda mübarizə aparır. Amma bu gün onlardan bir üçün maşın əldən gedəcək. İçtirakçıların aktrisa Mehriban Xanlarovanı SMS səsverməsinə çıxarıblar. O, yarıçmada qalmaq üçün öz pərəstişkarlarından dəstək istəyib və bura maşını aparmaq üçün gəldiyini bildirib. O qeyd edib ki, səsvermədən öncə şoudakı kişilərə müraciət edərək bir nəfərin SMS səsverməsinə çıxarılmasını təklif edib. "Lakin 9 kişidən səs çıxmadı, mən 10-cu kişidn sə çıxdı. Təklif etdim ki mənim şəklimi atsınlar. Mən bu gün 9 kişi ilə savaşacam". Realiti şouda Nazim Faytonçu, aparıcı Vüsalə Kərimova, aparıcı İlqar Mikayıloğlu, müğənni Xatun Əliyeva, meyxanaçı Vüqar Əbdulov, aktrisa Tünzalə Əliyeva, aktyor İlkin Misgərli, jurnalist Ulviyyə Alovlu, müğənni Rauf Əhmədov, müğənni Samirə Yusifqızı, müğənni Talıb Tale, müğənni Günel Ələkbərova, müğənni Vüqar Muradov, aparıcı Zemfira Adıgözəlova, repçi Elşad Xose, aparıcı Vüsalə Əlizadə, aktyor Arif Quliyev, aktrisa Mehriban Xanlarova iştirak edir. BAKU.WS

Son xəbərlər