“Maşın” onun üçün əldən getdi - FOTO
ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.
BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar journalist Vüqar Vüqarlını SMS səsverməsinə çıxarıblar. O, şouda qalacağı təqdirdə müğənni Sərxan Kərimlini çıxaracağını bildirib. Sərxan Kərimli mübarizə aparmaq niyyətində olmadığını bildirib. O qeyd edib ki, Vüqarın bu maşına daha çox ehtiyacı var. Ona görə Sərxan Kərimli tamaşaçılardan səs istəməyib. O, verilişin sonunadək Vüqarın şouda qalmasını istəyib. Amma 39,92 faiz səs verən tamaşaçı qalsın deyib, 60,08 faiz tamaşaçı isə getsin deyib. Beləliklə də bu dəfə maşın Vüqar üçün əldən getdi.
BAKU.WS
Oxşar xəbərlər
"Maşın" şouda daha bir məşhur yarışmadan çıxarıldı (VİDEO)
ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun ötən günkü buraxılışında daha bir iştirakçı yarışmanı tərk edib. BAKU.WS xəbər verir ki, şounun cazib...