Bu ifadə daha bir iştirakçı üçün səsləndi: “Maşın əldən getdi” - FOTO

Bu ifadə daha bir iştirakçı üçün səsləndi: “Maşın əldən getdi” - FOTO
Sosial 18282

ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.

BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Cavad Rəcəbovu SMS səsverməsinə çıxarıblar. O, şouda qalacağı təqdirdə rejissor Kənan Mahmudovu çıxaracağını bildirib. Onun seçimi oyunda gərginliyə səbəbə olub. İştirakçılar iki qrupa bölünüb. Səidə Sultan və bir neçə iştirakçı Cavad Rəcəbovu dəstəkləsə də, aktrisa Pərvin və bəzi oyunçular Kənan üçün səs istəyiblər. Hətta qruplar arası mübarizə Səidə ilə Pərvin mübahisəsinə səbəb olub. Amma yalnız 38,82 faiz tamaşaçı Cavad Rəcəbovun qalmasını istəyib. Bununla da o ifadə bu gün Cavad Rəcəbov üçün səsələndirilib: "Maşın əldən getdi”.

BAKU.WS

Son xəbərlər