"Maşın" şouda daha bir məşhur yarışmadan çıxarıldı (VİDEO)

Maşın şouda daha bir məşhur yarışmadan çıxarıldı (VİDEO)
Video
Sosial 2667

 

ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun ötən günkü buraxılışında daha bir iştirakçı yarışmanı tərk edib. 

BAKU.WS xəbər verir ki, şounun cazibədar iştirakçısı Oksana Rəsulova səsverməyə çıxarılıb. Aktrisa səs toplayacağı təqdirdə Azər Zahidi çıxaracağını söyləyib.

Oksana tamaşaçıların dəstəyi ilə yarışmada qalmağı təmin edib və dediyi kimi Azəri yarışmadan çıxarıb. 

Şouda hazırda Təranə Qumral, Oksana Rəsulova, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Aqil M. Quliyev, Elcan Rəsulov, Səidə Sultan, Vüqar Vüqarlı, Fərda Xudaverdiyev, İslam Mehrəliyev mübarizə aparır.

Qeyd edək ki, realiti şour hər axşam saat 22:00-da ATV telekanalında yayımlanır. Bugünki çox maraqlı bölümü qaçırmayın.

BAKU.WS

Son xəbərlər