"Maşın" şouda Səidəni ağlatdılar: "Mən niyə sizə elə söyüşlər söymürəm efirdən?" (VİDEO)
ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun ötən günkü buraxılışında gərginlik yaranıb.
BAKU.WS xəbər verir ki, şounun cazibədar iştirakçısı Oksana Rəsulovanın sözləri müğənni Səidə Sultanı özündən çıxarıb.
Göz yaşlarını saxlaya bilməyən müğənni Oksanaya irad bildirib: "Pərvin deyir, sən deyirsən. Mən niyə elə söz demirəm? Sonra deyirsiz ki, Səidə danışır. Səidə düzünü danışır. Ona görə məni bəyənmərsiniz. Mən niyə sizə elə söyüşlər söymürəm efirdən. Ayıbdı"
Daha sonra aparıcı Murad Dadaşov vəziyyətin daha da gərginləşməməsi üçün vəziyyətə müdaxilə edib.
Qeyd edək ki, Oksana Rəsulova səsverməyə çıxarılıb. Aktrisa səs toplayacağı təqdirdə Azər Zahidi çıxaracağını söyləyib. Oksana tamaşaçıların dəstəyi ilə yarışmada qalmağı təmin edib və dediyi kimi Azəri yarışmadan çıxarıb.
Şouda hazırda Təranə Qumral, Oksana Rəsulova, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Aqil M. Quliyev, Elcan Rəsulov, Səidə Sultan, Vüqar Vüqarlı, Fərda Xudaverdiyev, İslam Mehrəliyev mübarizə aparır.
Qeyd edək ki, realiti şour hər axşam saat 22:00-da ATV telekanalında yayımlanır. Bugünki çox maraqlı bölümü qaçırmayın.
BAKU.WS
Oxşar xəbərlər
"Maşın" şouda daha bir məşhur yarışmadan çıxarıldı (VİDEO)
ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun ötən günkü buraxılışında daha bir iştirakçı yarışmanı tərk edib. BAKU.WS xəbər verir ki, şounun cazib...