“CinemaPlus” “Maşın Şou”nun rəsmi tərəfdaşı olub - VİDEO
05
okt
2017
23:03
“CinemaPlus” kinoteatrlar şəbəkəsi təşkilatçısı “M Group Production” olan “Maşın şou”nun rəsmi tərəfdaşı olub. BAKU.WS-in məlumatına görə, 15-ci mövsümün “Xanımlar və cənablar” adı altında ilk efir buraxılışı oktyabrın 8-i saat 22:15-də ATV kanalında baş tutacaq. Maşın ətrafında 18 nəfər ulduz iştirakçının toplaşacağı şounun aparıcısı əməkdar artist Murad Dadaşov olacaq. Həmçinin “CinemaPlus” kinoteatrlar şəbəkəsi şounu tərk edən hər bir “Maşın şou” iştirakçısına öz yeni məhsulu olan “Hədiyyə kartı”nı təqdim edəcək. Qeyd edək ki, “Maşın şou” 2005-ci ildə yerli televiziya efirinə çıxıb və tamaşaçılar 12 il ərzində realiti-şounun 14 mövsümünü izləyiblər. BAKU.WS
Oxşar xəbərlər
Hər zaman reytinq rekordları qıran “MAŞIN” şou möhtəşəm yeniliklərlə gəlir (VİDEO)
“MAŞIN” realiti şounun 15-ci sürəti “XANIMLAR VS CƏNABLAR” adlı yeni buraxılışı 8 Oktyabr saat 22:15-də ATV telekanalında başlayır. Şounun yayımı 18 gün nəzərdə...