Hər zaman reytinq rekordları qıran “MAŞIN” şou möhtəşəm yeniliklərlə gəlir (VİDEO)
03
okt
2017
14:07
“MAŞIN” realiti şounun 15-ci sürəti “XANIMLAR VS CƏNABLAR” adlı yeni buraxılışı 8 Oktyabr saat 22:15-də ATV telekanalında başlayır. Şounun yayımı 18 gün nəzərdə tutulub. Buraxılışlar hər zaman olduğu kimi canlı yayımlanacaq və maşın ətrafında yenə 18 iştirakçı dayanaraq yarışa başlayacaq.2005-ci il, oktyabr ayından başlayaraq müxtəlif intervalla yayımlanan “MAŞIN” realiti şou hər dəfə fərqli və gündəmə uyğun adlandırılaraq yayıma başlayıb. Şounun bu dəfəki sürəti “XANIMLAR VS CƏNABLAR” adlandırıldı. Bu yubiley buraxılışda iştirakçılar cinsi bərabərlik prinsipi ilə bölünür; 9 kişi iştirakçı və 9 qadın iştirakçı. Artıq 12 ildir ki, şounun əvəzolunmaz aparıcısı MGP şirkətinin yaradıcısı və Azərbaycan Respublikasının Əməkdar artisti Murad Dadaşovdur. “MAŞIN” realiti şou izləyici dəstəyi tələb etdiyi qədər, həm də iştirakçının daxili potensialı hesabına öz qalibini müəyyənləşdirən bir tele-layihədir. 18 yuxusuz gecədə ərsəyə gələn bu şounun əsasını uduşa qoyulan maşın təşkil edir. “MAŞIN” realiti şounun hər sürətinin öz maşını olduğu kimi, bu dəfə də arzulanan və marağa səbəb olan bir model uğrunda yarış baş tutacaq. Belə ki, “MAŞIN” realiti şounun 15-ci sürəti “XANIMLAR VS CƏNABLAR” adlı yeni buraxılışında qalibə Nissan Altima avtomobilinin restyle edilmiş modeli təqdim olunacaq. “MAŞIN” realiti şounun 15-ci sürəti “XANIMLAR VS CƏNABLAR” adlı yeni buraxılışı say hesabı ilə yubiley nömrə olduğu üçün bu dəfə FİNAL həyəcanı daha maraqlı və yaddaqalan olacaq. Belə ki, həmin gün “MAŞIN” realiti şounun iştirakçısı olmuş bütün məhşur simalar xatırlanacaq və onların şoudakı iştiraklarına, hətta yadda qaldıqları ən maraqlı məqamlara görə mükafatlandırılması planlaşdırılır. Mükafatlandırma mərasimi nominasiyalar üzrə təşkil olunacaq. “MAŞIN” realiti şouda heç kəs və heç nə unudulmur! Bununla yanaşı, 8 oktyabr, saat 18:15-də ATV telekanalında efirə gedəcək “MAŞIN” realiti şou haqqında film, bu layihənin 12 illik efir tarixi barədə dolğun və ətraflı bir hesabatdır. “Maşın – Xüsusi buraxılış” adlı video hesabat layihənin hazırlanmasında peşəkar komanda işindən bəhs edir. Videoyazıya tamaşaçı kimi deyil, onun araya-ərsəyə gəlməsində əməyi keçən insanların gözü ilə baxacaqsınız. PARTNYORLARBravo, VESTEL, Worldtelecom, ŞTUTQART, PARFUME DE PARİS, *3111 REAL TAXİ, GREEN WICH, NISSAN, TAKSIM KEBAP, Pierre cardin, NICOS, BAKU.WS, CINEMA PLUS, Beanttech, ATV, EMILAND, BREND MEDIA.
BAKU.WS
Oxşar xəbərlər
"Maşın" şounun 15-ci sürətinin anonsu yayıldı (VİDEO)
Efirə çıxmasına sayılı günlər qalan möhtəşəm "Maşın Şou”nun anonsu yayılıb.BAKU.WS xəbər verir ki, "M Group Production” təşkilatçılığı ilə yayımlanacaq şouda hə...