“Maşın Şou”nun yayımlanacağı vaxt və kanal bilindi

“Maşın Şou”nun yayımlanacağı vaxt və kanal bilindi
Şou-biznes 6290

 

"M Group Production” rəsmi olaraq məlumat verir ki, "Maşın Şou” may ayının 28-dən etibarən ATV kanalında yayımlanacaq.

MGP-nin mətbuat katibi Kubra Məhərrəmovanın BAKU.WS-ə verdiyi məlumata görə, hər zaman olduğu kimi maşının ətrafında 18 ulduz iştirakçı toplaşacaq.

Şounu Azərbaycanın əməkdar artisti Murad Dadaşov aparacaq. Tamaşaçılar hər axşam canlı olaraq saat 22:00-da həyəcan dolu efiri izləyə biləcək, sevdikləri ulduzlara dəstək olacaqlar.

Yenə də intriqa, qruplaşmaların amansız mübarizəsi gündəmi ələ alacaq.

"Maşın Şou”nun 14-cü sürəti tezliklə hamını bürüyəcək!

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər