"Maşın Şou"da çolpa söhbəti: "Burada anakonda, ilan var" (VİDEO)

Maşın Şouda çolpa söhbəti: Burada anakonda, ilan var (VİDEO)
Video
Sosial 2097
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətində maraqlı anlar baş verib. BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarışmada iştirakçı, aktrisa Aysel Nazimi maşın ətrafında gedən söhbətlərdən gileylənib. Xanım iştirakçı işlədilən ifadələrdən narahat olduğunu bildirib: "Burada heç kim çolpa deyil. Burada tiqr var, anakonda var, ilan var. Bununla yanaşı, dənləmək sözü də xoşuma gəlmədi. Çıxarmaq desinlər". Qeyd eədk ki, ötən gün hədəf olan Aysel 37,81 faiz səs səs toplayaraq şounu özü tərk edib. Xatırladaq ki, yarışmada Nazilə Səfərli (şairə), Ramin Nabran (müğənni), Mina Hüseyn (müğənni), Xose Bernardo (aparıcı), Ranar Musayev (aparıcı), Xəyalə Quliyeva (aktrisa), Nərgiz Əliyeva (aktrisa), Sərxan Kərəmoğlu (müğənni), Allahverdi Yolçuyev (aktyor), Aydan Axundzadə (aparıcı), Samir Cavadzadə (müğənni), Dilarə Kazımava (müğənni), Səmra Rəhimli (müğənni), Taleh Yüzbəyov (vayner), Mənsur Şərif (vayner) mübarizə aparır. BAKU.WS

Son xəbərlər