Aysel Pərvinə YERİNİ GÖSTƏRDİ: "Qara qız, sənətinlə gündəmdə qal" (FOTOLAR)
19
dek
2018
14:44
"Maşın şou"nun budəfəki sürəti də artıq bir neçə məşhuru üz-üzə qoyub. BAKU.WS-in məlumatına görə, aktrisa Pərvin Abıyeva və “Maşın şou”dan ayrılan aparıcı Aysel Nazim arasında yaranan qalmaqal səngimək bilmir. Belə ki, ötən həftə Pərvinin "Instagram" səhifəsində aktrisa Nərgiz Əliyevaya "Mənim gözəlim, mənim favoritim, nömrə 1-im, sona qədər dəstəyəm, amma bir şərtlə ki, indi çıxdığın insanın yanında durma, özünə yaraşan insanların yanında dur".Aysel “Maşın”dan ayrılandan sonra isə sosial şəbəkədə Nərgizlə şəklini paylaşaraq Pərvinə acıq verib:“Aramıza girmək istədi, amma fəsatlığı özünə qaldı. Nərgizlə dostluğumuz verilişdə daha da möhkəmləndi. Mənə söz atıb gündəmə gəlmək lazımd deyil. Qara qız, işinlə, sənətinlə gündəmdə qal. Əgər o da yoxdursa, onda canım, başqa qapıya…Məndən nə istəyirsən? Yetər”. Xatırladaq ki, bir müddət bundan əvvəl Pərvinin “Türkiyədə tanınan yeganə azərbaycanlı aktrisayam” ifadəsi Ayseli özündən çıxarmışdı.BAKU.WS
Oxşar xəbərlər
"Maşın Şou"da çolpa söhbəti: "Burada anakonda, ilan var" (VİDEO)
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətində maraqlı anlar baş verib. BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarışmad...