"Maşın"da qırğın! Əli Mirəliyev: Pərvin, sən o bahalı maşını hansı pulla almısan? - VİDEO
08
iyn
2018
12:08
Ötən gün “Maşın” şounu tərk edən müğənni Əli Mirəliyevlə aktrisa Pərvin Abıyeva arasında münaqişə yaşanıb.BAKU.WS xəbər verir ki, qalmaqal Əli bəy səs toplayarsa aktrisanı çıxarağını bəyan etdikdən sonra başlayıb.Ə.Mirəliyev Pərvini hədəf seçməyinin səbəbini belə açıqlayıb: "Pərvin biz oxuyanda “Qocalar bizi bezdirib” sözlərini deyib. Özüm eşitməmişəm, amma inanıram ki, deyib. Çünki Ruhəngizlə mən mahnı oxuyanda hər dəfə ağzını büzür".Pərvin Əli bəyi belə bir söz demədiyinə inandırmağa çalışarkən, digər iştirakçı Aytən Səfərova onu yalan söyləməkdə günahlandırıb. Aytən Pərvinin yaşlılara qarşı hörmətsiz davrandığını söyləyib. Səfərovanın müdaxiləsindən sonra tərəflər arasında səslər gərginlik daha da yüksəlib.Pərvinin, “Mən ATV-nin müxbirinə müsahibəmdə söyləmişəm ki, sizin oxuduğunuz mahnıları başa düşə bilmirəm. Bunu açıq-aşkar söyləyirəm. Mənim öz sevdiyim musiqi janrı var" - deməsi, Əli Mirəliyevi daha da qəzəbləndirib. "Sən oxumağa toxunma. Oxumaq sənlik deyil. Siz kimsiz? O bahalı maşını hansı pulla almısan? 50 ildir oxuyuram, heç nəyim yoxdur". "Nəvəniz yaşındayam, səsinizi qaldırmayın. Mən bu gün Türkiyədə filmə çəkilən yeganə gənc aktrisayam”,-deyərək avtomobili aktrisalıq sənətindənn qazandığı pullarla aldığını sübut etmək istəyib. Əlinin bu sözlərə cavabı daha sərt olub: "Sən dünyadan danış, Türkiyə bura yaxındır, sən ora alverə gedirdin". Bu sözlərdən sonra onun səsi efirə verilməyib.Qeyd edək ki, Əli Mirəliyevin aktrisaya ünvanladığı sual sosial şəbəkələrdə ajiotaja səbəb olub. Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Daha bir iştirakçı "Maşın"ı tərk etdi - Xanımlara məğlub oldu - VİDEO
Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti davam edir.BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xan...