Xalq artisti "Lamborghini"ni 300-lə idarə etdi
Azərbaycanın Xalq artisti, məşhur opera ifaçısı və Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov bu günlərdə Almaniyada çəkilmiş sürətli avtomobil təcrübəsi ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında "Lamborghini" markalı avtomobili yüksək sürətlə idarə etdiyi görüntüləri izləyiciləri ilə bölüşüb.
Paylaşımına isə bu sözləri əlavə edib:
"Almaniyanın yollarını bəyənirəm – çünki bəzi hissələrdə sürət məhdudiyyəti yoxdur. "Lamborghini" heyrətamiz maşındır, amma ərzaq almaq üçün marketə getmək üçün deyil. Demək olar ki, 300 km/saat sürətə çatdım."
Qeyd edək ki, Yusif Eyvazov peşəkar opera səhnəsindəki uğurları ilə yanaşı, avtomobillərə olan marağı ilə də tanınır.
Oxşar xəbərlər
Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"
Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz edibl...