Sosial müavinət və təqaüdlərin artımı ilə bağlı YENİ AÇIQLAMA

Əmək və sosial rifah sahəsində gözləntilər artmaqdadır. Cari ildə həyata keçirilən sosial paketlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlib.
BAKU.WS-in məlumatına görə, bu fonda, 2024-cü ilin sonunda Prezidentin imzaladığı mühüm sərəncamın nəticələri ictimaiyyət tərəfindən böyük maraqla izlənilir.
Milli Məclisin deputatı Vüqar Bayramov bu istiqamətdə son vəziyyətə aydınlıq gətirərək, sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı gözlənilən qərarların detallarını BAKU.WS-ə bölüşüb:
"Cənab Prezident tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə üç ay müddətində sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılmışdı.
Həmin müddət artıq mart ayının ikinci yarısı başa çatıb. Sosial paketin növbəti elementi sosial müavinətlərin və təqaüdlərin artırılmasını nəzərdə tutulmasıdır və bütövlükdə sosial paket 3 milyon vətəndaşımızı əhatə edəcək. Bu istiqamətə əlavə olaraq 1,6 milyard manat vəsait ayrılacaq.
Sosial paketin hər bir elementinin ayrı-ayrı fiskal qiymətləndirilməsi həyata keçirilir və daha sonra bu istiqamətdə qərarlar verilir. Amma nəzərə alsaq ki, 23 dekabr tarixli sərəncamda məhz sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasını nəzərdə tutulub. Bu baxımdan, gözləntimiz ondan ibarətdir ki, maliyyə qiymətləndirilməsi başa çatdıqdan sonra məhz sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı qərarın verilməsi mümkün olacaq".
Orxan Hüseyn
Oxşar xəbərlər
İki minə yaxın müəllim iş yerini dəyişib
Vakansiya seçiminin nəticələri açıqlanıb, 1868 müəllim iş yerini dəyişib. BAKU.WS xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərk...
