Əməkdar artist verilişə görə nişanını qaytarıb
Əməkdar artist Nuriyyə Hüseynova açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, "İncə səhər" proqramına qonaq olan ifaçı gənclik illərindən danışıb. O bildirib ki, nişanlısı onu Az TV-də yayımlanan verilişdə çəkilməyə qoymayıb deyə nişanını qaytarıb:
"Dekanatlıqdan mənə söylədilər ki, bir neçə tələbə teleteatrda çəkilişə gedəcək. Bu vaxt Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Tələbə adın mübarək" verilişi var idi. Mənə dedilər ki, o tələbələr arasında sən də varsan. Mən də o zaman nişanlı idim. Nişanllm gəlib məni dərsdən götürüb evə aparacaqdı. Çıxanda ona dedim ki, sabah mənim çəkilişim var, birdən-birə dayandı ki, "Veriliş nədir? Xahiş edirəm bu şeylər bitsin!" Mən orada oxumayacaqdım, sadəcə bir tələbə kimi çəkiləcəkdim. Ona belə razı olmadı, təbii ki, biz küsdük. Hətta nişanımı qaytardım. Aləm bir-birinə qarışdı, heç verilişə də çıxmadım".
Oxşar xəbərlər
Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə"
Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. BAKU.WS xəbər verir ki, pop ulduz əlamətdar yaş günündə özünə yeni m...