Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Gəlirlər Xidməti ölkədən avtomobillərin təkrar ixracına (re-export) 450 lari (təqribən 295 AZN) məbləğində rüsum müəyyən edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qərar noyabrın 16-dan qüvvəyə minib.
Bildirilib ki, indiyədək təkrar ixrac prosedurunun gömrük rəsmiləşdirilməsi üçün ödəniş Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində həyata keçirilirdi və təxminən 600 lari (təqribən 394 AZN) təşkil edirdi. İndi isə bu məbləğdən əlavə olaraq 450 lari də ödənilməlidir.
Məlumata görə, hazırda Gürcüstandan avtomobillərin təkrar ixracında azalma müşahidə edilir. Belə ki, 2026-cı ilin ilk 9 ayı ərzində ümumi dəyəri 1,5 milyard dollar olan 63 141 avtomobil təkrar ixrac məqsədilə xarici ölkələrə göndərilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 475 milyon dollar və ya 24% azalıb. Avtomobil ixracının azalması əsas satış bazarlarına – Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Tacikistana avtomobil göndərilməsinin azalması ilə əlaqələndirilir.
Oxşar xəbərlər
Dərsliklərin ictimai müzakirəsində iştirak zəifdir: Nazirlik rəqəmləri açıqladı
Müşahidələr dərslik layihələrinin ictimai müzakirəsi prosesində iştirakçılıq səviyyəsinin arzuolunan həddə olmadığını göstərir. Bu barədə BAKU.WS-ə Elm və Təhsi...