XİN-də yeni TƏYİNAT
05
okt
2018
00:10
Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.Bu barədə BAKU.WS-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.Leyla Abdullayeva Xarici İşlər Naziriyində 2002-ci ildən çalışır. L.Abdullayeva XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.BAKU.WS
Oxşar xəbərlər
Hikmət Hacıyevə Prezident Administrasiyasında yüksək VƏZİFƏ verildi
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub....