Ukrayna Aİ-dən yarım milyardlıq maliyyə yardımını aldı

Ukrayna Avropa İttifaqından 500 milyon avro məbləğində müstəsna makromaliyyə yardımının birinci tranşını əldə etdi. Daha 500 milyon dəyərində ikinci tranşın çərşənbə axşamı gəlməsi gözlənilir.
"Avropa İttifaqı Ukraynaya 1 milyard avro müstəsna makromaliyyə yardımı göndərib. 500 milyon avroluq birinci tranş artıq Milli Bankın hesabına köçürülüb. İkinci tranşın sabah gəlməsini gözləyirik”, - deyə Şmıxal qeyd edib.
O xatırladıb ki, 1 milyard avro Ukraynaya müharibənin maliyyə nəticələrinin aradan qaldırılması məqsədilə verilən ümumilikdə 9 milyard avroluq böyük dəstək paketinin bir hissəsidir.
Baş nazir vurğulayıb ki, vəsait prioritet büdcə ehtiyaclarının maliyyələşdirilməsinə kömək edəcək.
Oxşar xəbərlər
Aİ Ukraynaya 500 milyon avro yardım edib
Avropa İttifaqı Ukrayna Milli Bankının hesabına 500 milyon avro yardım köçürüb. BAKU.WS "APA"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmı...
