Türkiyədə zəlzələdə binaların dağılmasının DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - ANBAAN VİDEO
Episentri Kahramanmaraş olan və Türkiyənin 10 vilayətində qeydə alınan dəhşətli zəlzələ anı ilə bağlı yeni görüntülər ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, Malatya vilayətinə aid olan görüntülərdə 7,7 bal gücündə baş verən zəlzələ zamanı binaların necə dağılması öz əksini tapıb.
Üç ərazidə təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdən aydın olur ki, binalar bir neçə saniyə ərzində dağılıb.
Qeyd edək ki, fevralın 6-da 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər Türkiyədə böyük dağıntılara səbəb olub. Bu dəqiqəyə kimi Türkiyədə təbii fəlakət zamanı 35 mindən çox insan həyatını itirib. Yaralıların sayı isə 105 mini keçib. Malatya zəlzələdən ən çox təsirlənən və mindən çox insanın həyatını itirdiyi vilayətlərdən biridir.
Qalereya
Oxşar xəbərlər
Hatayda binaların dağılmasının 3 ƏSAS SƏBƏBİ - FOTO
Türkiyənin şərqi, cənub-şərqi, Aralıq dənizi, Anadolu və Qara dəniz bölgələrində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Təbii fəlakət mərkəzi Kahramanmara...