Türkiyədə gündəm olan görüntü: 13 yaşlı uşağı 28 yaşlı kişi ilə nişanladılar
Türkiyənin Konyada şəhərinin Beyşehir rayonunda 8-ci sinif şagirdi atasının təkidi ilə özündən 15 yaş böyük kişi ilə nişanlanıb.
BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Evdə keçirilən nişan mərasiminin görüntüləri sosial mediada paylaşıldıqdan sonra jandarma və Ailə və Sosial Xidmətlər Müdirliyi araşdırmalara başlayıb.
Məlumata görə, həyat yoldaşından ayrı yaşayan Osman adlı şəxs 8-ci sinif şagirdi olan qızı C.S.-ni eyni məhəllədə yaşayan və qızından 15 yaş böyük 28 yaşlı G. Ali ilə nişanlayıb.
Yayılan görüntülərdən sonra qurumlar araşdırmalara başlayıb.
İstintaq çərçivəsində jandarma C.S. adlı qızın nişanlandığı G. Ali və ailə üzvlərinin ifadələrini alıb.
Oxşar xəbərlər
Türkiyədə qətliamlar törədən terrorçu belə zərərsizləşdirildi - ANBAAN VİDEO
Türkiyədə, Mardin vilayətinin Dargeçit rayonunun Alayurt kənd ərazisində həyata keçirilən "Kahramanlar-32" əməliyyatında biri qırmızı kateqoriyadan olan “Rodi H...