Bahar və Nihal Candan bacıları saxlanıldı - FOTO/VİDEO
İllər əvvəl qatıldıqları moda yarışması ilə məşhurlaşan, sonradan paylaşımları ilə fenomenə çevrilən Nihal Candan və Bahar Candan bacıları cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulması ilə bağlı saxlanılıb.
BAKU.WS sondakika.com-a istinadən xəbər verir mi, şübhəlilər Asayiş Şöbə Müdirliyinə aparılıb.
Candan bacılarına qarşı keçirilən əməliyyat zamanı Hacı İsrafil S. adlı şəxs də yaxalanıb.
İstanbul Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi qrupları, dövlət qurumlarından tender yolu ilə ucuz nəqliyyat vasitələri satdıqlarını bəyan edən şübhəlilərin tələlərinə düşürtdükləri şəxslərə ucuz nəqliyyat vasitələri sataraq etibar qazandıqlarını və bu yolla nəqliyyat vasitəsi tələb edərəl pul yığdıqlarını müəyyən ediblər. 13 nəfərdən təqribən 10 milyon Lirə toplayan şübhəlilərin tenderdə problem olduğunu əsas gətirərək zərərçəkənlərə geri qaytarılmadığı və nəqliyyat vasitələrini təhvil vermədiyi müəyyən edilib.
Aparılan texniki və fiziki müşahidələr nəticəsində mayın 3-də 6 şübhəli şəxs tutularaq saxlanılıb. Dəstə başçısı və keçmiş polis məmuru Onur Apaydın da daxil olmaqla 5 şübhəli həbs edilib. Polis qrupları işlərini davam etdirib və qatıldıqları dəb proqramı ilə adlarını kütləyə çatdıran Nihal və Bahar Candan bacılarının sözügedən dəstənin pullarını yuduğu üzə çıxıb.
Ardınca polislər bu gün səhər saatlarında adını Gülnihal Çiçək olaraq dəyişdirən Nihal Candan, Aleysa Bahar Candan və Hacı İsrafil Sağlamaya qarşı əməliyyat keçirib. Əməliyyat zamanı 3 şübhəli yaxalanaraq saxlanılıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...