Türkiyədə avtobus aşdı: Ölənlər və çox sayda yaralılar var - FOTO

Türkiyədə avtobus aşdı: Ölənlər və çox sayda yaralılar var - FOTO
Foto
Siyasət 109

Türkiyənin Ərzincan-Sivas yolunun Kızıldağ ərazisində sərnişin avtobusu aşıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

Əraziyə çox sayda təcili tibbi yardım briqadası, xilasedicilər cəlb olunub.

Qəzaya səbəbin əlverişsiz hava şəraiti olduğu qeyd olunur.

Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşınları ilə Refahiyə və Ərzincandakı xəstəxanalara aparılıb.

Son xəbərlər