Türkiyədə sərnişin avtobusu aşdı: 3 ölü, 32 yaralı - FOTO/VİDEO

Türkiyədə sərnişin avtobusu aşdı: 3 ölü, 32 yaralı - FOTO/VİDEO
Foto Video
Siyasət 107

Türkiyədə Anadolu şosesinin Bolu hissəsində sərnişin avtobusu aşıb.

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, İstanbul istiqamətində hərəkət edən və içərisində 37 sərnişinin olduğu avtobus sürücünün idarəetməni itirməsi nəticəsində baryerlərə çırpılıb.

İlkin məlumata görə, qəzada Ayşe Özdemir, Dursun Çakmaklı və adı hələ bilinməyən bir qadın həyatını itirib, 32 nəfər yaralanıb.

Qəza yerinə çox sayda təcili yardım maşınları göndərilib. İlkin tibbi yardımdan sonra yaralılar Boludakı xəstəxanalara aparılıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər