Türkiyə PKK-nın PUA istehsalçısını MƏHV ETDİ

Türkiyə PKK-nın PUA istehsalçısını MƏHV ETDİ
Siyasət 93

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyat çərçivəsində PKK/KCK-nın xüsusi təyinatlı aviasiya bölməsinin səlahiyyətli şəxslərindən biri, Dəniz Bahri kod adlı Tekin Okan zərərsizləşdirilib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir.

Zərərsizləşdirilən şəxsin 2018-ci ildə Şırnak şəhər mərkəzinə, 2021-ci ilin əvvəlində isə Diyarbəkir və Batman hava limanına PUA-larla hücumlarını idarə etdiyi və hücumlarda istifadə edilən pilotsuz uçan aparatlarını istehsal etdiyi müəyyən edilib.

Ötən illərdə Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı PUA hücumlarına görə Milli Kəşfiyyat İdarəsi tərəfindən hədəf siyahısına daxil edilib.

Daha sonra Okan MİT-in sahə agentləri tərəfindən təqib edilib.

Araşdırmalar zamanı Tekin Okanın PUA istehsalı üçün tez-tez İraq və Suriya arasında hərəkət etdiyi müəyyənləşdirilib.

Daha sonra İdarənin agentləri tərəfindən aparılan əməliyyat çərçivəsində o, zərərsizləşdirilib.

Son xəbərlər