Türkiyə kəşfiyyatçılarından PKK-ya ağır zərbə - Öcalanın dayısı oğlu öldürülüb
Türkiyə Milli Kəşfiyyat Təşkiatı (MİT) İraqın şimalında uğurlu əməliyyat keçirib.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı YGP/PKK terrorçu qruplaşmasının sözdə kəşfiyyat rəhbəri, “Koçer” kod adlı Mətin Aslan öldürülüb.
Onun PKK-nın terrorçularının həbsdə olan lideri Abdullah Öcalanın dayısı oğlu olduğu bildirilir.
Əməliyyat 2019-cu ilin noyabrın əvvəlində keçirilsə də, 51 yaşlı Mətin Aslanın öldürülməsi barədə məlumat indi yayılıb.
M.Aslan 1994-cü ildə PKK-ya qoşulub. 2007-ci ildə İraqın şimalında Gare düşərgəsinin rəhbərliyinə gətirilib. O, buradan Türkiyəyə bir çox terror əməliyyatları həyata keçirib.
Oxşar xəbərlər
İŞİD-in kütləvi qətlə yetirdiyi 643 nəfərin dəfn edildiyi qəbristanlıq - FOTO
İraqın Anbar əyalətinin Əl-Fəluc şəhərində kütləvi şəkildə qətlə yetirilən 643 dinc sakinin dəfn edildiyi qəbristanlıq aşkarlanıb. BAKU.WS "report"a istinadən x...