İŞİD-in yeni liderlərindən biri ələ keçdi - FOTO

04
dek
2019
09:56
İŞİD terror təşkilatının yeni lideri, Hamid Şakir Saba əl-Bədri İraqın Kərkük şəhərində yaxalanıb.
BAKU.WS "əl-Ərəbiyə" telekanalına istinadən xəbər verir ki, "İbn Haldun" ləqəqbli terrorçu İraqın xüsusi təyinatlıları tərəfindən ələ keçirilib.
İŞİD-in yaxalanan yeni lideri İraqın Səlahəddin vilayətindəki "əmir"i hesab olunur və Bağdadinin öldürülməsindən sonra ən çox axtarılan şəxslərdən biri idi.
Qeyd edək ki, Hamid Şakir Saba əl-Bədri İŞİD terror təşkilatının öldürülmüş lideri Əbu Bəkr əl-Bağdadinin əmisi oğludur və uzun müddət müavini olub.



Oxşar xəbərlər
İŞİD terrorçusunu zorladığı qızla üzləşdirdilər, dəhşətli anlar yaşandı - VİDEO
İraqın Mosul şəhərinin İŞİD terrorçuları tərəfindən işğal edilməsi zamanı əsir düşən yezidi qadın Aşvak Hacı Həmid onu uzun müddət zorlayan terrorçu ilə üzləşib...