İŞİD liderinin səs yazısı yayılıb
23
avq
2018
20:32
Uzun müddətdir öldüyü deyilən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ-Türkiyə münasibətləri ilə bağlı səsə yazısı ortaya çıxıb.BAKU.WS Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda səs yazısı araşdırılır. Məlumata görə, Bağdadi Türkiyə və ABŞ arasında yaşanan gərginlikdən, eləcə də rahib Branson haqqında danışıb. Bundan əlavə o təşkilat üzvlərini cihada da səsləyib. "Reuters"-in məlumatına görə, səs qeydində Bağdadi bir neçə mövzu ətrafında danışıb. Onun ən son səs qeydinin 2017-ci il sentyabr ayıda yayıldığı bildirilir. Bağdadiyə aid olduğu iddia edilə səs qeydində Türkiyənin rahib Bransonu azadlığa buraxmaması ABŞ-ın zəifliyi kimi dəyərləndirilib.BAKU.WS
Oxşar xəbərlər
ABŞ-dan Türkiyə ilə bağlı çox əhəmiyyətli AÇIQLAMA
ABŞ Türkiyə ilə bağlı çox əhəmiyyətli açıqlama verib. BAKU.WS-in məlumatına görə, Pentaqon sözçüsü Rob Manninq mətbuat nümayəndələrinin suallarını cavablandırar...