İŞİD liderinin keçmiş arvadını 16 əsgərə dəyişdilər (FOTO, VİDEO)
İŞİD terror təşkilatı lideri olan Əbu Bəkr əl-Bağdadinin keçmiş həyat yoldaşı olduğu iddia edilən qadın azad edilib. BAKU.WS-in məlumatına görə, Bağdadi ilə 6 il evli olduğu deyilən Saca Hamid Əl Dulaiminin bu gün sərbəst buraxıldığı bildirilir. O, 16 livanlı əsgərin sərbəst buraxılması qarşılığında girovluğdan azad edilib. Qadınla birgə Əl-Qaidənin Suriyadakı qolu Əl-Nusra cəbhəsinin 13 yaraqlısı da sərbəst buraxılıb. Girovların dəyişdirilməsi Suriya ilə sərhəddə baş tutub. Döyüşçülər arasında beş qadın olub. Azad edilən Əl Dulaimi Beyruta, oradan isə Türkiyəyə getməyi planlaşdırdığını deyib. Onun sözlərinə görə, həyat yoldaşından 6 il öncə boşanıb. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda məhkəmədə arvadını öldürməkdə günahlandırılan keçmiş polis işçisi özünü yandırdı (YENİLƏNİB)
Bakının Xətai rayon Polis İdarəsi tərəfindən iyunun 26-dan itkin düşmüş kimi axtarışa verilən Natəvan Əliyevanın qətlində şübhəli bilinən, keçmiş polis işçisi 3...