Bakıda məhkəmədə arvadını öldürməkdə günahlandırılan keçmiş polis işçisi özünü yandırdı (YENİLƏNİB)
Bakının Xətai rayon Polis İdarəsi tərəfindən iyunun 26-dan itkin düşmüş kimi axtarışa verilən Natəvan Əliyevanın qətlində şübhəli bilinən, keçmiş polis işçisi 34 yaşlı Samir Səməndər oğlu Əliyev məhkəmədə siqareti yandırdığı alışqanla əynindəki kurtkaay od vurub.
Bu barədə təqsirləndirilən şəxsin vəkili Elmir Quliyev BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs hakimin həbs müddətinin 4 ay uzadılmasına etiraz edib. Xoşbəxtlikdən Samir Əliyev xəsarət almamış alov söndürülüb. "Hazırda Samir Əliyevin vəziyyəti yaxşıdır. Lakin o, haqqında çıxarılan qərarla razı deyil. Cinayətin onun törətməsini sübut edən heç bir dəlil yoxdur”, - deyə Elmir Quliyev.
****
13:17 Bakının Xətai rayon Polis İdarəsi tərəfindən iyunun 26-dan itkin düşmüş kimi axtarışa verilən Natəvan Əliyevanın qətlində şübhəli bilinən, keçmiş polis işçisi 34 yaşlı Samir Səməndər oğlu Əliyevin bu gün məhkəməsi olub. Saxlanılan şəxsin həyat yoldaşı Zəminə Əliyevanın BAKU.WS-ə verdiyi məlumata görə, məhkəmə Nəsimi rayon Məhkəməsində keçirilib. Proses zamanı keçmiş həyat yoldaşını qətlində günahlandırılan Samir Əliyevə əlavə olaraq 4 ay həbs cəzası verilib. Buna etiraz olaraq Samir Əliyev özünə od vuraraq yandırıb. "Samir Əliyev barədə heç bir məlumat vermirlər. Çox narahatam”, - deyə Zəminə Əliyeva vurğulayıb.
Xatırladaq ki, 6 iyul gecə saat 01.30 radələrində Bakı - Quba yolunun 55-ci kilometrində, yolun sağ hərəkət hisəsəsində yandırılmış naməlum qadın meyidi tapılıb. Xızı rayonunun hüquq mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi operativ əməliyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti bir neçə saat içində müəyyən edilib. Meyidin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub. 34 yaşlı N. Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Onun üç uşaq anası olduğu bildirilir. Qadının bu il iyun ayının 25-dən 26-na keçən gecə paytaxtın Xətai rayonunda itkin düşməsi barədə polisə ərizə daxil olduğu da məlum olub. Onun qətlində keçmiş həyat yoldaşı 34 yaşlı Samir Səməndər oğlu Əliyev günahkar bilinərək saxlanılıb. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadının 150 minlik cinayəti
Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 12-də Bəyimxanım Əkbərbəyovanın ev...