Türkiyə sərhəddinə 300 İŞİD-çi toplaşdı (VİDEO)
Türkiyə sərhəddinə 300-dən çox İŞİD terrorçusu toplaşıb.
BAKU.WS-in məlumatına görə, Kilisdə İŞİD-çilərin Türkiyəyə girmə cəhdlərinin qarşısını almaq məqsədilə "həyəcan" siqnalı verilib. Sərhəddə gözləyən terrorçular arasında türklərin də olduğu bildirilir.
Terrorçuların Türkiyənin sərhəd kəndlərinə terror hücumu planlaşdırdığı güman edilir. Suriyalı miqrantların arasında gizlənərək özlərini qaçqın kimi qələmə verən terrorçular Türkiyəyə girdikdən sonra böyük şəhərlərdə partlayışlar törədəcəklər.
Hüquq mühafizə orqanlarının əldə etdiyi məlumata görə, terror təşkilatı Kilis və Qaziantepdə terror hadisəsi törədəcək. İŞİD-çilər sözügedən şəhərlərə Suriyadan gizli yollarla silah-sursat və partlayıcı maddələr toplayıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan İŞİD-i terrorçu ilə təmin edən ölkələrin sırasında (ŞOK SİYAHI)
İŞİD terror təşkilatı demək olar ki, bir çox dövlətlərdə təbliğat aparırlar. BAKU.WS-in məlumatına görə, bu təbliğatın nəticəsində bir çox ölkələrdə İŞİD terro...