Türkiyə və Rusiya Qarabağa görə razılaşdı: "Ən azı 5 rayon qaytarılmalıdır" (RƏSMİ)
"Ermənistanın ən azı Azərbaycanın işğal edilmiş 5 rayonundan çəkilməsi gündəmdədir. Rusiya bizimlə bu düşüncələrini bölüşdü, biz də dəstəkləyirik dedik".
BAKU.WS-in məlumjatına görə, bunu Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib. Onun sözlərinə görə, Qarabağ probleminin həlli üçün səy göstərilir:
"Ermənistanla münasibətlərimizi normallaşdırmaq üçün cəhd göstəririk. İsveçrədə bir müqavilə imzaladıq, təəssüf ki müvəffəqiyyətli olmadı. Bu gün Minsk Qrupunun və Rusiyanın bəzi konstruktiv təklifləri var. 5 rayonun qaytarılması ilə bağlı Azərbaycanla da görüşdük. Biz belə addımlar atılsa, Azərbaycanın qəbul edəcəyi hər cür həlli dəstəkləyərik. Biz Ermənistanla da münasibətlərimizi normallaşdırmaq istəyirik".
Türkiyə XİN rəhbəri qeyd edib ki, Cənubi Qafqazda bu təhdid problem yaratmamalıdır. "Niyə həll edə bilmərik. Minsk Qrupunun da bu məsələdə səy göstərməsi lazımdır. Digər bəhs etdiyim dondurulmuş münaqişələrin də həll üçün səy göstərməliyik", - deyə nazir əlavə edib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ərdoğan: "Putinlə danışmışıq, 5 rayon qaytarılmalıdır ki..."
"Türkiyə-Rusiya-Azərbaycan üçlü mexanizmini yaratmaq istəyirik. Bu mövzuyla əlaqədar xarici işlər nazirimiz Azərbaycan xarici işlər naziri ilə danışdı. Biz də c...