Çavuşoğölu Lavrovun cavabını verdi: "Biz Ermənistana zəng edib..."
"Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə heç kim səsini çıxarmır. Amma Azərbaycanın yanında olduqlarını söyləyirlər”. ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən forumda çıxışı zamanı deyib.
O, Dağlıq Qarabağda vəziyyətin yenidən gərginləşməsində Türkiyənin rolunun olması ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iddialarına münasibət bildirib. XİN rəhbəri deyib ki, Rusiya rəsmilərinə cavab verəsi deyil. "Bu kimi iddiaları da yersiz hesab edirəm. Türkiyənin bu məsələdəki mövqeyi bəllidir. Atəşkəsi Ermənistan pozub.
Biz Ermənistan rəhbərliyinə zəng edib və ya görüşüb Azərbaycana hücum edin dedik? Biz heç bir vaxt qeyri-sabitliyin tərəfdarı olmamışıq. İddianın da bir ciddiliyi olmalıdır. Atəşkəsi kimin pozduğuna baxdığınızda onun arxasında kimin durduğunu çox gözəl görə bilərsiniz. Azərbaycanın nə vaxt hər hansı köməyə ehtiyacı olsa, dəstəyə hazırıq. Ən çətin anlarda belə biz Azərbaycanın yanında olmuşuq", - deyə nazir bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda səfərdə olarkən bildirmişdi ki, Türkiyənin Qarabağla bağlı verdiyi bəyanatlar qəbuledilməzdir. "Hesab edirəm ki, Türkiyə hökumətinin bu fikirləri düzgün deyil, çünki bu, sülhə deyil, müharibəyə çağırış idi. Bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, dünya birliyinin mövqeyinə ziddir", - deyə Lavrov bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Rusiya hərbi rəhbərliyi İrəvana zəng vurub, dəstəyi götürən olmayıb
Ermənistan mətbuatı Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana ötən həftə baş tutmuş səfərinə dair yeni təfərrüatları yayıb. "Qraparak” qəzetinin yazdı...