Lavrov Qarabağ müzakirələri üçün İrəvandadır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana iki günlük səfərə gedib. Musavat.com RİA "Novosti”yə istinadən xəbər verir ki, o, səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.
Səfərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Sergey Lavrov münaqişənin həlli ilə bağlı müəyyən təkliflər irəli sürəcək. "Sergey Lavrov heç bir yerə əliboş getmir”, - XİN təmsilçisi demişdi.
Bununla belə, Mariya Zaxarova Lavrovun təkliflərinin plan, proqram, layihə və ya sənəd kimi təqdim etmək doğru deyil.
BAKU.WS
Oxşar xəbərlər
Rusiyadan Qarabağ açıqlaması – Lavrov şərtlərlə İrəvana gedir
Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında tərəflərə istənilən köməyi göstərməyə hazırdır. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Xarici İşl...