Sergey Lavrovun Bakı səfərinin vaxtı dəyişdi

Sergey Lavrovun Bakı səfərinin vaxtı dəyişdi
Siyasət 1935
 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin vaxtı dəyişdirilib.

BAKU.WS-in məlumatına görə, bu barədə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova açıqlama verib. Onun sözlərinə görə, Lavrov bu gün gözlənilmədən Bakıya yola düşüb. Onun Azərbaycan rəsmiləri ilə Dağlıq Qarabağdakı son döyüşlər kontekstində Ermənistan - Azərbaycan münaqişəsi barədə fikir mübadiləsi apacağı bildirilir.

Qeyd edək ki, Sergey Lavrovun aprelin 7-də Bakıya səfər edəcəyi bildirilirdi. Aprelin 8-də isə  Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycana səfər edəcəyi gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər