İranın hərbi gəmiləri Azərbaycana gəlir

İranın hərbi gəmiləri Azərbaycana gəlir
Siyasət 1703

İran Hərbi Dəniz Qüvvələrinə məxsus Xəzər dəniz donanmasının üç hərbi gəmisi Bakıya gələcək. BAKU.WS-in Report-a istinadən verdiyi məlumata görə, bu barədə İranın "Fars" agentliyinə müsahibəsində eskadra komandiri kapitan Əhməd Rıza Baqiri məlumat verib. Onun sözlərinə görə, səfər əvvəlcədən planlaşdırılıb. "Mehr" agentliyi yazır ki, səfər dostluq xarakteri daşıyacaq. Eskadra Bakı limanına bu gün səfər edəcəyi Rusiyanın Həştərxan vilayətindən yollanacaq. Səfər iki həftə davam edəcək. "İran HHQ-nin gəmiləri - "Damavand" esminesi, həmçinin iki raket kateri "Cuşan" və "Peykan" bu gün Rusiyanın Həştərxan limanına yola düşüb. "Damavand", "Cuşan" və "Peykan" İranın şimalındakı Bəndər-Ənzəli şəhərindən yola düzəlib", - deyə məlumatda bildirilir. "Həştərxana daxil olduqdan sonra eskadra Bakı limanına dostluq səfərinə yollanacaq və iki həftə sonra geri qayıdacaq", - deyə eskadra komandiri bildirib.

Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev Gürcüstana gedəcək

İlham Əliyev Gürcüstana gedəcək

Azərbaycan prezidenti İlham Əliyev yaxın gələcəkdə Gürcüstana səfər edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Bakıda Azərbaycan prezidenti...

941 Siyasət 13:19 11 oktyabr 2015

Son xəbərlər