Çavuşoğlu Bakıya gəlir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlir.
Bu barədə BAKU.WS-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Forumda iştirak etmək üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Malayziyanın xarici işlər naziri Anifah Aman, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo və Fələstin Dövlətinin xarici işlər naziri Riyad Malki Bakıya gələcək.
Forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır.
Prezidentin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
BAKU.WS
Oxşar xəbərlər
Ərdoğan Bakıya gəlir
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Malta və Makedoniya Respublikasının prezidentləri iştirak edəcək Məlumat verildiyi kimi, 2016-cı ilin 25-2...