Tbilisi aeroportuna enə bilməyən təyyarə Bakıda eniş etdi
17
fev
2016
12:30
Tbilisi beynəlxalq aeroportu güclü duman səbəbindən 10 təyyarə reysini qəbul edə bilməyib. BAKU.WS-in məlumatına görə, təxirə salınmış uçuşlar arasında İstanbul-Tiflis reysi də var. Həmin reyslə isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu uçacaqdı. Bundan başqa, Kiyevdən də reyslər təxirə salınıb, Moskvadan reys isə gecikmə ilə yerinə yetirilib. Eləcə də, Dubay və Çin reyslərində də problemlər yaranıb. Bu səbəbdən də, Tbilisi aeroportundan bildiriblər ki, bəzi hallarda qonşu Azərbaycan və Ermənistanın aviaşirkətlərindən istifadə ediblər. BAKU.WS
Oxşar xəbərlər
Qarlı havaya görə İstanbul-Bakı reysi təxirə salındı
"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 24-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb. BAKU.WS-in məlumatına g...