Sankt Peterburq-Bakı reysi təxirə düşdü: sərnişinlər 18 saatdır gözləyir

Sankt Peterburq-Bakı reysi təxirə düşdü: sərnişinlər 18 saatdır gözləyir
Hadisə 1124

 

Sankt-Peterburq-Bakı istiqaməti üzrə təyyarənin uçuşu təxirə salınıb.

Bu barədə BAKU.WS-ə təyyarədəki sərnişinlər özləri məlumat verib. Bildirilib ki, AZAL-ın J20020 nömrəli reysi artıq 18 saatdır ki, təxirə salınıb. Bakıya uçmaq istəyən sərnişinlər mehmanxanaya yerləşdirilib.

Təyyarədə texniki problem yarandığı üçün uçuş yerinə yetirilməyib. İlkin məlumata görə, təyyarənin nasaz detalının yenisi ilə əvəz edə bilməyiblər və bu səbəbdən gecikmə uzunmüddətli olub. 

Azərbaycan Hava Yollarının (AZAL) məlumat bürosundan BAKU.WS-ə faktı təsdiq ediblər. Bildirilib ki, Sankt-Peterburq-Bakı istiqaməti üzrə reys saat 17.00-a kimi təxirə salınıb. 

Şahin Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

"Türk Hava Yolları" 30-a yaxın reysi təxirə salıb

"Türk Hava Yolları" 30-a yaxın reysi təxirə salıb

"Türk Hava Yolları" aviaşirkəti yanvarın 11-nə təyin edilmiş ümumilikdə 29 daxili və xarici reysi təxirə salıb. BAKU.WS-in Anadolu agentliyinə istinadən verdiy...

909 Hadisə 09:26 11 yanvar 2016

Son xəbərlər