Ərdoğandan ATƏT-in Minsk Qrupuna SƏRT SÖZLƏR
02
apr
2016
22:52
Əgər ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ədalətli, qətiyyətli fəaliyyət göstərib konkret nəticələr verə biləcək addımlar atsaydı, problemin həlli bu günədək uzanmazdı.
BAKU.WS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliyə münasibət bildirərkən deyib.
Türkiyə Prezidenti bildirib ki, illərdir işğal altında qalan Dağlıq Qarabağdakı bu münaqişə Minsk qrupunun fəaliyyətsizliyi səbəbindən bugünkü vəziyyətlə nəticələnib.
BAKU.WS
Oxşar xəbərlər
Ərdoğan azərbaycanlı jurnalisti türklərə nümunə göstərdi
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan mətbuatını vətənpərvərliyə görə tərifləyib. BAKU.WS Haber3-ə istinadən xəbər verir ki, Türkiyə prezidentinə...