Ceyms Uorlik Dağlıq Qarabağdan danışdı
23
mar
2016
15:00
"ATƏT-in Minsk Qrupu həmsədrlərinin ən əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir".
Virtualaz.org bildirir ki, bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, atəşkəs rejimini pozmaq cəhdləri narahatlıq yaradır: "Ən böyük təlaş yaradan məsələsi isə dinc əhali arasında itkilərin olmasıdır. Biz ağır artilleriyadan istifadəni pisləyirik”.
Ceyms Uorlik bildirib ki, həmsədrlər tərəflərin razılaşması və atəşkəs rejiminin möhkəmlənməsinə yönəlmiş istənilən təklifi dəstəkləyir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan prezidentləri arasında təkbətək görüş keçirilir
Hazırda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Berndə təkbətək görüş keçirilir. BAKU.WS-in məlumatına görə, bu bar...