Uorlik: “Atəşkəsin pozulması bizi daldalanmağa məcbur etdi” (FOTO)
"ATƏT-in təmas xəttində monitorinqi zamanı atəşkəsin pozulması yolverilməzdir”.
BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik "twitter” səhifəsində yazıb.
"Biz təmas xəttini keçərkən atəşkəs pozuntusunun davam etməsi ATƏT müşahidəçilərini daldalanmağa məcbur edib. Bu qəbuledilməzidir", - deyə həmsədr bildirib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi həmsədrlərin Tərtər rayonu ərazisində monitorinq zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açıldığı barədə məlumat yayıb.
Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb.
BAKU.WS
Oxşar xəbərlər
Həmsədrlər Qarabağda atəş altına düşdülər
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Azərbaycan Respublikasının Tərtər rayonu ərazisindəki qoşunların t...