Ərdoğan azərbaycanlı jurnalisti türklərə nümunə göstərdi

02
apr
2016
21:24
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan mətbuatını vətənpərvərliyə görə tərifləyib.
BAKU.WS Haber3-ə istinadən xəbər verir ki, Türkiyə prezidentinə ANS telekanalının ABŞ bürosunun müxbiri Qənirə Ataşova Qarabağdakı hərbi əməliyyatlar barədə sual verib.
"Mən bu gün azərbaycanlı jurnalistləri ABŞ-da gördüm. Onlar təmas xəttində baş verən hadisələri göz yaşları ilə bildirdilər. Görəsən, bizim ölkənin jurnalistlərinin gözündə bu göz yaşını görə biləcəyik?”
Ərdoğan həmçinin Minsk qrupunun yarıtmaz fəaliyyətini də tənqid edib. Türkiyə Prezidenti bildirib ki, illərdir işğal altında qalan Dağlıq Qarabağdakı bu münaqişə Minsk qrupunun fəaliyyətsizliyi səbəbindən bugünkü vəziyyətlə nəticələnib.
BAKU.WS
